“Telegram” messencerində kriptovalyuta ödənişlərini qəbul etməyə imkan verən “Wallet Pay” aləti işə düşüb. Xidmət Bitcoin, Toncoin (TON) və Tether USD (USDT) kriptovalyutalarını qəbul edir, alət “Telegram” botlarına və xidmətlərinə inteqrasiya olunub.
"Twitter"dən növbəti yenilik - FOTO
FED.az biznes və maliyyə xəbərləri portalı Banker.az-a istinadən xəbər verir ki, kriptovalyutalarla ödənişlərin qəbulu dünyanın əksər ölkələrində mövcuddur, istisna ABŞ və Çirkli Pulların Yuyulması üzrə İşçi Qrupun (FATF) qara siyahısına düşən ölkələrdir: İran, Myanma və Şimali Koreya. Funksiya Rusiya, İndoneziya, Vyetnam, Misir və digər ölkələrdə də işləyir. Qeyd edək ki, burada mal və xidmətlərə görə ödəniş etmək üçün kriptovalyutalardan istifadə qanuni olaraq qadağandır.
2018-ci ildə “Telegram”da TON blokçeyni istifadəyə verilib, lakin 2020-ci ildə platformada öz kriptovalyutasının tətbiqindən imtina etmək qərara alınıb. Mart ayında “Wallet” botu USDT steyblkoinini dəstəkləməyə başlayıb.