“Twitter” əməkdaşı Andrea Conway platformaya səsli və video zəng funksiyasının gələcəyinin ekran görüntüsünü paylaşıb.
Yeni sosial şəbəkəyə bir neçə saata - 10 MİLYON İNSAN QOŞULDU
FED.azxəbər verir ki, paylaşımdan görə bilərik ki, zənglər tətbiqin mesajlar bölməsindən istifadə olunacaq.
Ekran görüntüsü həmçinin cari DM bölməsindəki əsas dəyişiklikləri göstərir. Məsələn, "Səsli zəng" və "Video zəng" seçimlərini ehtiva edən axtarış ikonu məlumat bölməsinin yanında sağ yuxarıda əlavə edilmişdir. Həmçinin görürük ki, sol alt tərəfə “ artı ” işarəsi əlavə olunacaq. Alınan məlumata görə, qalereyaya daxil olmaq və GIF əlavə etmək kimi funksiyalar buradan idarə olunacaq.
Video və səsli zəng funksiyasının gəliş tarixi ilə bağlı heç bir məlumat yoxdur. (Trend)