Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentlik ("Azərkosmos") Tacikistanın “ZET Mobile” mobil operatoru ilə əməkdaşlıq müqaviləsi imzalayıb.
“Azerspace-2” peykini orbitdə 1,6 milyon manata sığortalayacaq şirkətin adı - MƏLUM OLDU
FED.az-a bu barədə Agentlikdən bildirilib.
Belə ki, “ZET Mobile” “Azerspace-2” peykindən istifadə etməklə Tacikistanın uzaq regionlarında yüksək keyfiyyətli rabitə xidmətlərinin təmin olunmasını təşkil edəcək.
Tacikistanda rabitə xidmətlərinə çıxış əksər hallarda iri şəhərlərlə məhdudlaşır. Azərkosmosla əməkdaşlıq Tacikistanın həm rəqəmsal infrastrukturuna, həm də ucqar bölgələrdə sosial-iqtisadi inkişafa töhfə verəcək.
“ZET Mobile” mobil operatoru “Azerspace-2” peykinin xidmətlərindən istifadə etməklə müştərilərinə nəqliyyat vasitələrində, dövlət və özəl qurumlarda, eləcə də ucqar ərazilərdə rabitə və internet xidmətlərindən faydalanmaq imkanı yaradacaq.