“Azərbaycan Respublikasının Kosmik Agentliyi (Azərkosmos)” publik hüquqi şəxs daha bir tenderə yekun vurub.
FED.az xəbər verir ki, “Azerspace-2” telekommunikasiya peykinin orbitdə sığortalanması xidmətinin satın alınması tenderinin qalibi "Paşa Sığorta" ASC olub.
Şirkət sığortalanma işini 1 581 000 manata həyata keçirəcək
Müqavilə müddəti: 26.09.2024 tarixdən 26.09.2025 tarixədəkdir. Sığorta olunacaq əmlakın dəyəri: 81.000.000 (səksən bir milyon ABŞ dolları) təşkil edir.