Yaponiyanın “Sony” şirkəti “PlayStation 5” yeni nəsil oyun konsolunu noyabrın 12-də satışa çıxaracaq. Disk üçün girişi olmayan yeni rəqəmsal oyun modelinin satış qiyməti 39980 yen və ya 399,99 dollar olacaq.
Eləcə də bax: “Sony” şirkəti “PlayStation 5” oyun konsolunu bu tarixdə - Satışa Çıxaracaq
FED.az xəbər verir ki, bu barədə “Sony Interactive Entertainment Inc.” şirkəti məlumat yayıb.
Yeni konsolun “Blu-ray Ultra HD” modelinin qiyməti isə 49980 yenə və ya 499,99 dollara bərabər olacaq. Qeyd edilir ki, təklif olunan ilkin qiymətlərə vergi rüsumu daxil deyil və mağazalar ilkin sifarişləri artıq sentyabrın 18-dən qəbul etməyə başlayıblar.
“PS5 Digital Edition” modeli dövrün tələbləri nəzərə alınaraq oyunların yüklənməsi yoluna üstünlük verir. Belə ki, 2019-cu maliyyə ilində “PlayStation 4” üçün oyunların əksəriyyəti yükləmə yolu ilə satılıb.
Şirkətdən bildirildiyinə görə, PS5 modelinin PS4-dən əsas üstünlükləri məlumatları 100 dəfə daha sürətlə işləməsi və qabaqcıl auditexnologiyaya malik olmasıdır. (Azərtac)