Yaponiyanın “Sony” şirkəti ən çox satılan “PlayStation” oyun konsolunun son modelini “PlayStation-5”i təqdim edib. Onun ilin sonunda satışa çıxarılacağı bildirilir. Hələlik dəqiq qiymət açıqlanmır - onun 500 dollar ətrafında olacağı gözlənilir
Azərbaycanda hər 3 uşaqdan 1-i hər gün - VİDEO OYUN OYNAYIR
FED.az xəbər verir ki, “PlayStation 5” iyunun 12-də keçirilən onlayn brifinqdə təqdim edilib. “PlayStation 5” iki variantda olacaq - disk üçün girişi olan və olmayan. Bildirilir ki, son yeddi ildə yaradılan yeni model yüksək dəqiqliyi ilə seçilən 8K görüntüləri də nümayiş etdirə biləcək.
Təqdimatın böyük hissəsi PS5 üçün əlçatan oyunlara həsr edilib. Bildirilib ki, bu xüsusi olaraq PI5 üçün «GTA V» oyununun yenilənmiş versiyası çıxacaq. Ekslüzivlər arasında «Spider-Man»ın davamı, hansı ki, qəhrəmanı Maylz Morales olacaq, eləcə də «Horizon: Forbidden West» və «Gran Turismo 7» da var. PI5 konsulu ümumi gücü 3,5 qiqahers olan 8 nüvəli prosessora sahibdir. Burada 10,28 teraflops gücü olan AMD RDNA 2 videokartı, 16 qiqabayt operativ yaddaş və saniyədə 448 qiqabayt ötürmə gücü var. Gözlənilir ki, yeni konsulda oyunların görüntüsü reallığa daha da yaxın olacaq.
Qeyd edək ki, koronavirus pandemiyası zamanı insanlar evdə daha çox qaldığına görə oyun şirkətləri üçün əlverişli şərait yaradıb. Yalnız “Sony” şirkəti deyil, onun oyun konsulları sahəsində əsas rəqibi olan “Nintendo” şirkəti də yeni modellər üzərində çalışır.
Koronavirus pandemiyası insanların alıcılıq üsullarını da dəyişib. Belə ki, “Sony” şirkətindən bildirildiyinə görə, onlar bu məhsulu adi mağazalarda almaqdansa, proqram təminatının yüklənməsinə daha çox üstünlük verirlər.