2025-ci ilin sentyabrın 1-nə Azərbaycanda fəaliyyət göstərən POS-terminalların ümumi sayı 152 min 348 ədədə çatıb.
FED.az bu barədə Azərbaycan Mərkzi Bankına istinadən xəbər verir.
Ümumi terminal şəbəkəsi ötən ilin eyni dövrü ilə müqayisədə 51 min 282 ədəd, yəni 50,7%, ötən ilin sonuna nəzərən 32 min 808 ədəd, yəni 27,4%, aylıq müqayisədə isə 4 min 870 ədəd, yəni 3,3% artıb.
Artan terminalların demək olar ki, hamısı müasir texnologiyaları dəstəkləyir. Belə ki, təmassız ödənişləri qəbul edən POS-terminalların sayı 150 min 498 ədədə çatıb. Bu, illik müqayisədə 52 min 518 ədəd, yəni 53,6%, ötən ilin sonuna nəzərən 33 min 184 ədəd, yəni 28,3%, aylıq müqayisədə isə 4 min 910 ədəd, yəni 3,4% artım deməkdir.
POS-terminalların böyük əksəriyyəti, 149 min 450 ədədi pərakəndə ticarət, iaşə və digər xidmət müəssisələrində quraşdırılıb. Bu sektordakı terminalların sayı son bir ildə 51 min 219 ədəd, yəni 52,1%, ötən ilin sonuna nəzərən 32 min 684 ədəd, yəni 28,0%, son bir ayda isə 4 min 879 ədəd, yəni 3,4% artıb.
Coğrafi bölgü baxımından ən yüksək illik artım tempi regionların payına düşür. Regionlarda POS-terminalların sayı ötən ilin eyni dövrü ilə müqayisədə 21 min 18 ədəd, yəni 56,9%, ötən ilin sonuna nəzərən 11 min 466 ədəd, yəni 24,7%, son bir ayda isə 1 min 277 ədəd, yəni 2,3% artaraq 57 min 964 ədədə çatıb. Bakı şəhərində isə terminalların sayı eyni dövrdə 30 min 264 ədəd, yəni 47,2%, ötən ilin sonuna nəzərən 21 min 342 ədəd, yəni 29,2%, son bir ayda isə 3 min 593 ədəd, yəni 4,0% artaraq 94 min 384 ədəd təşkil edib.
Xatırladaq ki, cəmi POS-terminalların sayı bu ilin avqustun 1-nə 147 min 478 ədəd, ötən ilin sonunda 119 min 540 ədəd, 2024-cü ilin sentyabrın 1-nə isə 101 min 66 ədəd təşkil edib.