“Onlayn media subyektlərinə güzəştlərinin müəyyən edilməsi üzərində müvafiq nazirlikdə iş gedir”.
Eləcə də bax: Azərbaycanda mətbuata 5 illik - Vergi Güzəşti Veriləcək
FED.az biznes və maliyyə xəbərləri portalı Apa-ya istinadən xəbər verir ki, bunu Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov deyib.
O bildirib ki, xarici ölkədə yerləşən serverlərin daxili DATA mərkəzə yerləşdirilməsi üçün müvafiq nazirlikdə İşçi qrup yaradılıb.
Ə. İsmayılov qeyd edib ki, hazırda çap mediası və onlayn mediaya dəstək göstərilir: “Bu dəstək yalnız inkişafa dəstək məqsədi daşımalıdır. Bununla bağlı monitorinqlər aparmışıq və nəticələr əlimizdə var. Maddi dəstək sırf inkişafa meylli olmalıdır. Bu maddi dəstək və vergi güzəştlərinin tətbiq olunması media subyektləri arasında rəqabətin formalaşmasına kömək edəcək. Bizim mediamız çoxdur və hamı da öz peşəkarlığını ortaya qoymaq istəyir. Biz bu imkanı onlara təqdim etmək istəyirik”.
O diqqətə çatdırıb ki, jurnalistləri peşəkarlığının artırılması ilə bağlı da işlər gedir.