Cənubi Koreyanın “Samsung” şirkəti Fold və Flip smartfon modellərinin adlarında “Z” hərfindən imtina etməyə hazırlaşır. Bu barədə “Android Authority” portalı məlumat yayıb. Şayiələrə görə, korporasiya nümayəndələri qərarlarını avqustun 10-da “Galaxy Unpacked” təqdimatı zamanı elan edəcəklər.
Eləcə də bax: Rusiya “Aliexpress”i ölkə ərazisində rəsmi çalışan qurumlar siyahısına - DAXİL ETDİ
FED.az Banker.az-a istinadən xəbər verir ki, müxbirlər qeyd ediblər ki, hələ 2022-ci ilin martında Şərqi Avropada “Samsung” Fold və Flip smartfonlarında “Z” hərfini silib. Şirkət bu dəyişikliyi rəsmi şəkildə şərh etməyib.
“Z” hərfi Ukraynada hərbi əməliyyat keçirən Rusiya hərbçilərinə qeyri-rəsmi dəstək simvoluna çevrilib. Hərif Rusiya hərbi texnikasına şamil edilir. Zaman keçdikcə bu simvol bütün dünyada rus ordusu ilə əlaqələndirilməyə başlayıb.
Mart ayında İsveçrənin “Zurich Insurance” şirkəti ağ fonda mavi “Z” işarəsi olan loqosunu dəyişib. Bunun əvəzinə şirkət sosial şəbəkələrdə tam adından istifadə etmək qərarına gəlib.