Rusiyanın “Roskomnadzor” (Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi Rabitələrə Nəzarət Federal Xidməti) nəzarətedici orqanı “AliExpress”i Rusiya ərazisində rəsmi fəaliyyət göstərən qurumlar siyahısına daxil edib.
Eləcə də bax: “MasterCard” ikinci rübdə Rusiyada $26 mln. - İTİRİB
FED.az xəbər verir ki, bu barədə agentliyin “Telegram” kanalı məlumat verib.
““AliExpress Russia Holding Pte. Ltd.” “Roskomnadzor”u qoyulan tələbləri yerinə yetirdiyi barədə məlumatlandırıb. Təqdim edilmiş sənədlərin yoxlanılmasının nəticələrinə əsasən, “Roskomnadzor” “AliExpress”i Rusiya Federasiyası ərazisində internet fəaliyyəti göstərən xarici qurumlar siyahısına daxil edib”, – deyə məlumatda qeyd edilir.
Yeni qanuna əsasən, gündəlik 500 mindən çox istifadəçi auditoriyasına sahib olan xarici internet şirkətləri Rusiyada səlahiyyətli nümayəndəliklərini açmalıdırlar. “Roskomnadzor” artıq nümayəndəliklərinin açılmasının zəruri olduğu şirkətlərin siyahısını dərc edib. Reyestrdə “Google”, “Apple”, “Twitter”, “TikTok”, “Telegram” və s. şirkətlərin adları var. (Oxu.az)