Cənubi Koreya texnologiya istehsalçısı “Samsung” 2022-ci ilin sonuna kimi avadanlığın Rusiyaya çatdırılmasını rəsmən bərpa edə, həmçinin onlayn mağaza aça bilər.
Eləcə də bax: Rusların getdiklərinə ən çox təəssüfləndikləri - XARİCİ MARKALAR
FED.az Banker.az-a istinadən xəbər verir ki, təchizat zənciri sentyabrda bərpa olacaq.
Martın 5-də “Bloomberg” yazıb ki, “Samsung” cari geosiyasi hadisələr səbəbindən Rusiyaya birbaşa tədarükü dayandıracaq. Bundan sonra şirkətin məhsulları Bundan sonra şirkətin məhsulları Aİİ ölkələri (Belarus, Qazaxıstan, Ermənistan, Qırğızıstan) vasitəsilə paralel idxal mexanizmindən istifadə etməklə Rusiyaya çatdırılıb.