Azərbaycanın mobil cihazlar bazarında ən yüksək paya sahib marka "Samsung" olub.
“Samsung”un 6500-dən çox işçisi üç günlük tətilə çıxıb
FED.az xəbər verir ki, aparılan araşdırmalar göstərir ki, keçən ay ölkəmizdə "Samsung"un mobil cihazlar bazarında payı 32,62%-lik göstərici ilə birinci yerdə qərarlaşıb.
İyun ayında bu göstərici 37,5%, 2023-cü ilin iyulunda isə 36,87% təşkil edib.
Keçən illə müqayisədə Samsung bazar payının 4,25%-ni itirib.
Bazar payına görə ikinci yerdə “Xiaomi” gəlir. “Xiaomi”nin bazar payı müvafiq olaraq iyun ayı ilə müqayisədə 2,41%, keçən ilin iyul ayı ilə müqayisədə isə 1,06% azalaraq 27,38% təşkil edib.
Üçüncü yerdə 16,79%-lik bazar payı ilə adı açıqlanmayan brednlər yer alıb. Bu brendlərin bazar payı keçən ay 10,96% təşkil edirdi, keçən ilin iyulunda isə bu rəqəm 12,59% idi. Həm 1 ay əvvələ həm də, 1 il əvvələ nəzər saldıqda bu qəbildən olan mobil cihazların bazar payında əhəmiyyətli artım olduğunu görürük.
Siyahıda dördüncü yeri “Samsung”un rəqibi “Apple” tutub – 14,32%. “Apple” markasının bazar payı keçən ilin iyulunda 17,64%, keçən ay isə 12,82% təşkil edib. Bir il əvvəl ilə müqayisədə azalma olsada bir ay əvvələ baxdıqda bazar payında 1,56%-lik artımı görürük.
İlk beşliyin beşinci markası “Honor” olub və bazar payı 3,19% təşkil edib. Şirkətin bazar payı əvvəlki ayla müqayisədə 1,13% azalıb, əvvəlki illə müqayisədə isə 1,77% artıb.
Digər markalar və bazar payları haqqında daha detallı aşağıdakı cədvəldə :
Markalar |
Bazar payı 2024 İyul (%) |
Bazar payı 2023 İyul (%) |
Artım/azalma (%) |
Samsung |
32.62 |
36.87 |
-4.25 |
Xiaomi |
27.38 |
26.32 |
1.06 |
Adı açıqlanmayan |
16.8 |
12.59 |
4.21 |
Apple |
14.38 |
17.64 |
-3.26 |
Honor |
3.17 |
1.4 |
1.77 |
Huawei |
1.63 |
2.64 |
-1.01 |
Realme |
0.71 |
0.81 |
-0.1 |
Oppo |
0.67 |
0.2 |
0.47 |
Tecno |
0.58 |
0.19 |
0.39 |
Infinix |
0.59 |
0.13 |
0.46 |
LG |
0.05 |
0.14 |
-0.09 |
Lenovo |
0.19 |
0.19 |
0 |
|
0.29 |
0.1 |
0.19 |
Motorola |
0.42 |
0.05 |
0.37 |
Nokia |
0.13 |
0.13 |
- |
OnePlus |
0.07 |
0.16 |
-0.09 |
Vivo |
0.14 |
0.11 |
0.03 |
HTC |
0.03 |
0.08 |
-0.05 |
Meizu |
0.01 |
0.07 |
-0.06 |
ZTE |
0.02 |
0.04 |
-0.02 |
Sony |
0.02 |
0.03 |
-0.01 |
BBK |
0.02 |
0.02 |
- |
Itel |
0.02 |
0.01 |
0.01 |
Alcatel |
0.01 |
0.01 |
- |
Digər |
0.07 |
0.08 |
-0.01 |