Cənubi Koreyada “Samsung Electronics”in həmkarlar ittifaqı üzvü olan minlərlə işçisi maaşların artırılması və iş şəraitinin yaxşılaşdırılması tələbi ilə üç günlük tətilə başlayıb.
“Samsung”un əməliyyat gəliri üç ayda - 10 DƏFƏ ARTIB
FED.az xəbər verir ki, tətildə ölkə üzrə təxminən 6500 işçi iştirak edib. Samsung-un işçi qüvvəsinin təxminən dörddə birini təmsil etdiyini iddia edən Milli Samsung Elektron Birliyi bu addımı irəli sürüb.
Suni intellekt bumu bütü digər firmalarda olduğu kimi “Samsung Electronics”in tərkibində də İT işçilərinin maaşının qalxmasına zəmin yaratdı. İstehsalatda çalışan işçilərin isə maaşlarında artımın olmaması işçi tətilənə gətirib çıxardı.
Dünyanın ən böyük yaddaş çipi və smartfon istehsalçısı olan Samsung, tətilə baxmayaraq, istehsal xəttlərində dərhal fasilə olmadığını bildirdi.
Qeyd edək ki, “Samsung Electronics”in tarixində ilk tətil 2024-cü il iyunun əvvəlində baş verib.