“Samsung” şirkəti gözlənilmədən yeni ucuz “Galaxy M12” smartfonunu təqdim edib.
Eləcə də bax: “iPhone 13”ün xüsusiyyətləri - Açıqlanıb
FED.az xəbər verir ki, “Samsung Galaxy M12” aparatı göy, mavi və firuzəyi rəngli korpuslarda əlçatandır. Smartfon 1600×720 piksel təsvir ölçülü 6,5 düymlük LCD displeylə təchiz edilib. Barmaq izləri skaneri sağ tərəfdə işəsalma düyməsinə quraşdırılıb.
Aparat 2 QHs-dək takt tezliyində işləyən 8 nüvəli “Exynos 850” prosessoru, qrafika üçün “Mali-G52” videosürətləndiricisi ilə təchiz edilib. Versiyadan asılı olaraq əməli yaddaşın tutumu 3-dən 6 QB-dək təşkil edir, məlumatların saxlanılması üçün isə 32-dən 128 QB-dək daxili yaddaş nəzərdə tutulub. “MicroSD” yaddaş kartları üçün 1 TB-dək tutuma malik slot var. Uyğunlaşdırılmış slot yaddaş kartı ilə eyni vaxtda, həmçinin iki SİM kart quraşdırmağa imkan verir.
Əsas kamera 4 moduldan ibarətdir: 48 mp-lik əsas, 123 dərəcə baxış bucağına malik 5 mp-lik genişbucaqlı, portret şəkilləri və makroçəkiliş üçün 2 ədəd iki meqapiksellik sensor. “Full HD” formatında saniyədə 30 kadr olmaqla video çəkilişi mümkündür.
6000 milliamper/saat tutumunda akkumulyator quraşdırılıb. İstehsalçı “Wi-Fi” ilə qoşulma zamanı veb-serfinq rejimində 24 saatadək və ya videoya baxış rejimində 23 saat avtonom işləməyi vəd edir. “USB Type-C” konnektoru vasitəsilə 15 vatlıq sürətli enerjidoldurma texnologiyası var.
Smartfon “OneUI 3” interfeysli “Android 11” mobil əməliyyat sisteminin idarəetməsi altında işləyir. “NFC” çipi, yəni təmassız ödəniş dəstəyi nəzərdə tutulmayıb. (İctnews)