Yeni “Apple” smartfonları təkmilləşdirilmiş kamera sistemi ilə təchiz ediləcək.
Eləcə də bax: “Şəlalə ekranlı” yeni smartfon təqdim edildi – Video
FED.az xəbər verir ki, buraxılışı 2021-ci ilə planlaşdırılan “iPhone” modellərinin əsas xüsusiyyəti yeni kamera olacaq. Mütəxəssislər dəqiqləşdirib ki, qurğuların enlibucaqlı obyektivləri təkmilləşdirilmiş (f/2.4-dən f/1.8-dək) apertura ilə təchiz olunacaq.
Bildirilir ki, müvafiq yeniləmə qurğunun kamerasına daha çox işıq almağa imkan verəcək ki, bu da pis işıqlandırma şəraitində çəkilən fotoşəkil və videonun keyfiyyətini artıracaq. “Barclays” analitikləri əmindir ki, təkmilləşdirilmiş kameralarla “iPhone 13” seriyalı bütün smartfonlar təchiz ediləcək. Həmçinin “13 Pro” və “13 Pro Max” modellərində teleobyektivlər “f/2.2” aperturasına və 65 millimetr fokuslama məsafəsinə malik olacaq ki, bu da kameranın xüsusiyyətlərini yaxşılaşdıracaq. Komponent hissələrin tədarükü ilə “Cirrus Logic” şirkəti məşğul olacaq. (Azərtac)