“Samsung Electronics” kompaniyası aprelin 28-də baş tutacaq “Galaxy Unpacked” təqdimatında ən güclü “Galaxy” qurğusunu nümayiş etdirəcək.
Eləcə də bax: “Samsung” 5G dəstəkləyən Galaxy A52 smartfonunu təqdim etdi – Foto
FED.az xəbər verir ki, kompaniyanın məlumatında hansı qurğudan söhbət getdiyi bildirilmir. “Galaxy” məhsullarına smartfonlar, planşetlər və noutbuklar daxildir.
Cənubi Koreyadan olan icmalçıların sözlərinə görə, çox güman ki, yenilənmiş “Galaxy Book Pro” və “Galaxy Book Pro 360”, həmçinin ən müasir “Snapdragon” prosessoru ilə təchiz olunmuş “Galaxy Book Go” noutbuklardan söhbət gedir.
Mütəxəssislər “Samsung” kompaniyasının tarixdə ilk dəfə öz istehsalı olan kompüterlərin dünya təqdimatını keçirəcəyinə diqqət çəkıb. Onlar şirkətin pandemiya səbəbindən bir çox insanın məsafəli iş və təhsil rejiminə keçməsi fonunda həmin cihazların satışını bu üsulla artırmaq niyyətində olduğunu güman edirlər.
Qeyd edək ki, “TrendForce” marketinq şirkətinin proqnozlarına görə, bu il dünyada noutbuklara tələbat 218 milyon ədəd olacaq ki, bu da keçən ilə nisbətən 8,1 faiz çoxdur. (Azərtac)