Cənubi Koreyanın texnologiya nəhəngi “Samsung Electronics” şirkətinin 2023-cü ilin birinci rübündə əməliyyat mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 96% azalıb.
Azərbaycanın internet monopolistinin – QAZANCI KƏSKİN ARTIB - HESABAT
FED.az şirkətin yaydığı açıqlamaya istinadən xəbər verir ki, "Samsung Electronics» 2023-cü ilin birinci rübündə 63 trilyon von (yəni təxminən 47 milyard dollar gəlir əldə edib, əməliyyat gəlirləri isə 0,6 trilyon von (yəni 454 milyon dollar) təşkil edib.
Bu il Azərbaycana idxal olunan smartfonların sayı - AÇIQLANDI
Əvvəlki rüblə, yəni 2022-ci ilin 4-cü rübü ilə müqayisədə "Samsung Electronics»ın satışları 10%, əməliyyat mənfəəti - 86% azalıb. Ötən ilin eyni dövrü ilə müqayisədə isə satışlar 19%, əməliyyat mənfəəti isə 96%, yəni 20 dəfədən çox azalıb.
Xatırladaq ki, 2022-ci ilin birinci rübündə şirkətin əməliyyat gəlirləri 14,12 trilyon von (yəni təxminən 10 milyard dollar) təşkil edib.
Cənubi Koreya mətbuatının məlumatına görə, "Samsung Electronics»ın hazırkı göstəriciləri 2009-cu ilin birinci rübündən bəri ən pis göstəricidir. Şirkət özü əməliyyat mənfəətinin aşağı düşməsini informasiya və kommunikasiya sənayesində məhsullara tələbatın zəif olması ilə əlaqələndirir.
Bundan əlavə, Cənubi Koreya nəhəngi çip qiymətlərinin düşməsi və həddən artıq tədarük fonunda yaddaş çiplərinin istehsalının qısa müddətdə “əhəmiyyətli səviyyəyə” qədər azaldığını bildirib.
"Biz gələcək tələbatı ödəmək üçün kifayət qədər miqdarda artıq mövcud olan məhsullar üçün nəzərdə tutulmuş yaddaş çiplərinin istehsal həcmini əhəmiyyətli səviyyəyə uyğunlaşdırırıq", - şirkət əlavə edib. Bununla yanaşı, Samsung Electronics texnoloji inkişaflara sərmayə qoymaq planlarından əl çəkmir.