Azərbaycan höküməti ölkədə kosmik sənayenin inkişafına böyük önəm verir. Hazırda 2030-cü ilə qədər Azərbaycanın kosmik sahəsində fəaliyyətləri ilə bağlı böyük sənədlər hazırlayırıq.
Eləcə də bax: Azərbaycanın peyk xidmətlərinin ixrac gəlirləri - KƏSKİN AZALIB
FED.az xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentliyin İdarə Heyətinin sədri Saməddin Əsədov “Beynəlxalq Kosmik Hava Təşəbbüsü: Günəş, Kosmik Hava və Geosfer” beynəlxalq konfransında deyib.
O bildirib ki, Azərbaycan Kosmik Agentliyi gələcəkdə yeni peykləri buraxacaq və bununla yeni məlumatlar kəşf olunacaq.
"Kosmik sektorda uğura imza atamaq üçün irəli getmək üçün agentlik beynəlxalq əməkdaşlığa üstünlük verməlidir. Beynəlxalq təşəbbüslərin bir hissəsinə çevrilməlidir. Bunun nəticəsidir ki, Azərbaycan kosmik sənayedə etibarlı tərəfdaş olaraq qəbul olunur və növbəti il Bakı şəhərində beynəlxalq astrologiya konqresi keçiriləcək",- S.Əsədov deyib.
Sədr bildirib ki, telekommunikasiya infrastrukturunun böyük hissəsi peyk fəaliyyətindən asılıdır: "Hamımız naviqasiya xidmətlərindən istifadə edirik, meteorologiya və iqlim dəyişikliyi araşdırmaçıları peyklərinin tədqiqat şəkillərini və məlumatlarından yararlanır. Günəş fəaliyyəti və kosmik hava ilə bağlı müzakirələr getdikcə daha böyük əhəmiyyət kəsb edir. Azərbaycan hökümətinin hazırda 3 istismarda olan peyki var. Agentlik olaraq bu obyektlərin verdiyi məlumatları bir çox iqtisadi sahələrdə tətbiq edirik. Onlar telekommunikasiya infrastrukturunun inkişafında böyük rol oynayır".
Agentlik sədri əlavə edib ki, günəş və kosmik anomaliyalar peyk infrastrukturuna təsirsiz ötüşmir:
"Əməliyyatçı olaraq bu anomallıqdan əziyyət çəkirik. Müxtəlif təşkilatçılardan çoxsaylı məlumatlar əldə edirik və peyklərin fəaliyyətini öncədən görməyə çalışırıq. Müəyyən tədbirlər görürük ki, bu təsirin mənfi nəticələri bir o qədər görsənməsin". (Trend)