İyunun 1-dən etibarən "WhatsApp" bir sıra smartfonların köhnə modellərini dəstəkləməyi dayandırır.
“iPhone 16” dünya bazarında ən çox satılan smartfon olub
FED.az xəbər verir ki, iOS 15.1 və Android 5.1, yaxud ondan daha köhnə versiyalarla işləyən cihazlarda istifadəçilər artıq "WhatsApp" istifadə edə bilməyəcəklər.
Qərar "iPhone 5s", "iPhone 6" və "iPhone 6 Plus" modellərini, həmçinin yüzlərlə "Android" telefonunu əhatə edir.
Bununla belə, "iPhone 6s", "6s Plus" və SE (1-ci nəsil) istifadəçiləri əgər cihazlarını "iOS 15.8.4"ə yeniləyiblərsə, mesencerdən istifadəni davam etdirə biləcəklər.
Şirkət istifadəçilərə, imkan daxilində, əməliyyat sistemlərini yeniləməyi, mümkün olmadığı təqdirdə isə daha müasir cihazlara keçməyi tövsiyə edib. (Oxu.az)