“Apple” şirkətinin təqdim etdiyi “iPhone 16” 2022-ci ildən bəri ilk dəfə olaraq dünya bazarında smartfon satışlarında ilk yeri tutub.
Beyin implantı ilə iPhone-u düşüncəylə idarə etmək mümkün olacaq
FED.az xəbər verir ki, bu barədə “Counterpoint Research” kompaniyasının hesabatında deyilir.
Məlumata görə, “iPhone 16” cari ilin ilk rübündə bazarda ən çox satılan smartfondur. Ondan əlavə, ən populyar beşliyə daha üç “Apple” cihazı: “iPhone 16 Pro Max”, “iPhone 16 Pro” və “iPhone 15” daxil olub. Beşinci yerdə isə “Samsung” şirkətinin “Galaxy A15 5G” smartfonu qərarlaşıb.
Ümumilikdə isə ən çox satılan 10 smartfon siyahısında beş “iPhone”, dörd “Samsung” və bir “Xiaomi” cihazının adı var.
Analitiklər qeyd ediblər ki, “iPhone 16” smartfonu 2022-ci ildən bəri ilk dəfədir dünya bazarında liderliyə yüksəlib.
“iPhone 16” Yaponiya, Yaxın Şərq və Afrika ölkələrində xüsusilə məşhurdur. Ekspertlər yüksək satışları iqtisadi şəraitin yaxşılaşması və mobil operatorların marketinq kampaniyaları ilə əlaqələndirir. (Azərtac)