"Yandex" şirkəti, istiqraz sahibləri 1,25 milyard dollarlıq istiqrazların geri alınmasını tələb etmək hüququndan istifadə edərsə, defolt riski barədə xəbərdarlıq edib.
Eləcə də bax: “HP” də Rusiyaya tədarükü - DAYANDIRIB
FED.az xəbər verir ki, "Tədavül müddəti 2025-ci ilə qədər olan istiqrazların sahibləri, şirkətin səhmlərinin ticarəti beş ticarət günündən çox müddətə dayandırıldığı təqdirdə bu hüquqdan istifadə edə bilər",- şirkətin elanında bildirilir.
Tez-tez "Rus Google" adlandırılan “Yandex” borclarını tam ödəmək üçün maliyyə təmin edə bilsə belə, belə böyük xərclərin "şirkətin qısamüddətli maliyyə vəziyyətinə və likvidliyinə əhəmiyyətli dərəcədə mənfi təsir göstərəcəyini və digər öhdəliklərini yerinə yetirmək qabiliyyətini azalda biləcəyini" qeyd edib.
Defolt - borc öhdəlikləri üzrə ödənişlərin icra edilməsi mümkünsüzlüyü, yəni ödənişin dayandırılmasıdır. (Marja)