“Dell”, “Apple” və “Ericsson”un ardınca ofis avadanlığı və noutbuk istehsalçısı “Hewlett-Packard” şirkəti də Rusiyaya tədarükü dayandırıb.
Eləcə də bax: “Intel” və “AMD” Rusiyaya tədarükü - DAYANDIRDILAR
FED.az Banker.az-a istinadən xəbər verir ki, "Hewlett-Packard” dünyanın ən böyük printerlər, skanerlər, monobloklar, noutbuklar, monitorlar və digər ofis avadanlığı, habelə onun üçün aksessuarlar istehsalçılarından biridir. 2021-ci ildə şirkətin gəliri dünya üzrə 65 milyard dollar təşkil edib.17:49