Rusiyada qeyri-qanuni alkoqol istehsalı kosmosdan izləniləcək.
Arağı minimum qiymətindən aşağı satanlar cəzalandırılacaq
FED.az xəbər verir ki, Rusiya Federasiyası Maliyyə Nazirliyinin əmrinə əsasən müvafiq texnoloji avadanlıqların yerləşdiyi ərazilərdə bina və tikililərdən istilik enerjisi emissiyalarına nəzarət aparılacaq.
Sənəddə bildirilir ki, istehsal imkanlarından sui-istifadə edən müəssisələrin axtarışı zamanı orqanlar kosmosdan Yer zondundan istifadə etməklə binalardan istilik emissiyalarının səviyyəsinə, müəssisələrin yaxınlığında tüstü, buxar və nəqliyyat vasitələrinin hərəkətinə nəzarət edəcək. (Apa)