Qanunun qüvvəyə minməsindən sonra alkoqollu içkilərin minimum qiymətindən aşağı qiymətə satılması qadağan ediləcək.
Alkoqollu içkilərin pərakəndə satışının minimum qiyməti müəyyən olunacaq
FED.az xəbər verir ki, bunu Milli Məclisdə İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanuna təklif edilən dəyişikliyin müzakirəsi zamanı komitənin sədri Azər Əmiraslanov deyib.
Komitə sədri bildirib ki, bu tələbi pozanlar üçün məsuliyyət növləri də müəyyən ediləcək. (Apa)