Rusiyanın “NashStore” proqram mağazası tərtibatçılar üçün qeydiyyatın açıldığını elan edib. Xidmət yalnız Android platformasında işləyir. Vurğulanır ki, artıq 3 mindən çox proqram sahibi “NashStore” saytında qeydiyyatdan keçib, onlar sırasında Rusiyanın ən böyük bankları “VTB”, “Sberbank”, “Okritiye” və digərləri yer alır.
Eləcə də bax: Sanksiya tətbiq edilən şəxslərin - GMAİL-LƏRİ DƏ BAĞLANIR – «GOOGLE»DAN YENİLİK
FED.az Banker.az-a istinadən xəbər verir ki, bundan əlavə, bir çox xarici şirkətlərdən, o cümlədən Çin, Hindistan, İndoneziya, Malayziya və Vyetnamın oyun studiyaları, Qazaxıstan və Belarusun banklarından müraciətlər daxil olub.
Əhəmiyyətlidir ki, istifadəçilər “Google Play”da olan bütün məlumatları asanlıqla “NashStore”a köçürə biləcəklər. Ödəniş xidmətləri bir neçə həftədən sonra platformada işə salınacaq.