Xəbər verildiyi kimi, bu gün Rusiyada Facebook və Instagram qadağan edilib.
Eləcə də bax: Rusiya Instagram və Facebook-u - QADAĞAN ETDİ
FED.az-ın məlumatına görə, indiyədək də sözügedən sosial şəbəkələr Rusiyada bloklanmışdı və formal olaraq istifad edilə bilmirdi. Amma araşdırma göstərir ki, bloklanandan sonra da Facebook və Instagram-ın istifadəçiləri azalsa da, onar hələ də populyardırlar.
Instagram istifadəçilərinin sayı bloklanmadan sonra 16% azalaraq 39 milyondan 34 milyon nəfərə düşüb.
Facebook istifadəçiləri bloklanmadan əvvəl 10 milyon idi, indi 6 milyna enib.
Twitter-dən Rusiyada cəmi 2,4 milyon nəfər istifadə edib. İndi bu rəqəm 1,2 milyon ətrafındadır.
Telegram-da əksinə, istifadəçilərin artımı müşahidə olunur. Pavel Durovun messenceri başqa şəbəkələrin bloklanması fonunda yeni istifadəçilər qazanır. Ukraynada döyüşlər başlanmazdan əvvəl hər gün bu messencerə 31 milyon nəfər daxil olurdu, indi bu rəqəm 45,5 milyon olub.
«VKontakt» və «Odnoklassnik»də də artım var, onların istifadəçilərinin sayı müvafiq olaraq 46-dan 50 milyona və 20-dən 21 milyona yüksəlib.
TikTok-un istifadəçiləri demək olar dəyişməyib – gündə 31 milyon nəfər.