Moskvanın Tverskoy Məhkəməsi bu gün Facebook və Instagram-ı ekstremist fəaliyyətə görə Rusiyada qadağan edib.
Rusiyada “Instagram”ın analoqu - HAZIRLANIB
FED.az xəbər verir ki, bu barədə RİA Novosti-nin müxbiri məhkəmə zalından xəbər verir. Məhkəmə qərarın dərhal icra olunacağını bildirib.
Rusiyada “iPhone”lar 24-34%, “MacBook”lar isə 46-142% - BAHALAŞIB
Baş Prokurorluq qaldırdığı iddianı rusları növbəti dəfə hüquqlarının pozulmasından qorumaq istəyi ilə izah edib.
"Mail.ru", "Vkontakte" və "Odnoklassniki" – MÜFLİS ELAN EDİLƏ BİLƏR
İzah edilib ki, İnstagram Rusiyanın Ukraynada keçirdiyi xüsusi əməliyyata görə saxta məlumatların silinməsi ilə bağlı 4,5 mindən çox müraciətə və icazəsiz mitinq çağırışlarına məhəl qoymayıb.
Prokurorların fikrincə, ekstremist məlumatlar həm ayrı-ayrı şəxsləri, həm də bütövlükdə cəmiyyəti təhdid edir.
Baş Prokurorluq vurğulayıb ki, şirkət Rusiya hərbçilərinin öldürülməsi ilə bağlı çağırışlara icazə verməklə öz qaydalarını pozur.
Prokuror qeyd edib ki, qərar WhatsApp messencerinə şamil edilmir, lakin insanlar yalnız bu xidmətlərdən istifadə etdiklərinə görə cəzalandırılmayacaqlar.