““YouTube” öz hökmünü imzalayıb”.
Eləcə də bax: Rusiyanı internetdən də ayırırlar – AZƏRBAYCANA DA TƏSİRİ OLACAQ
FED.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova “Telegram” kanalında yazıb.
"Görünür, “YouTube” öz hökmünü imzalayıb. Kontenti Rusiya platformalarına köçürün və bunu tez edin", - deyə Zaxarova bildirib.
Qeyd edək ki, “YouTube” Rusiya XİN rəsmi nümayəndəsi Mariya Zaxarovanun 17 mart tarixli brifinqinin videosunu bloklayıb.
Google şirkətindən bildirilib ki, Rusiya XİN rəsmisinin brifinq videosu YouTube şəbəkəsinin video hostinq siyasətini pozduğuna görə bloklanıb.
Bu gün isə Duma TV-nin Youtube kanalının bloklandığı barədə məlumat yayılıb. (Apa)