Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevə müşavir təyin edilib.
Eləcə də bax: Orhan Gültekin İdarə Heyəti Sədrinin I müavini - TƏYİN EDİLDİ
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu vəzifə Fuad İsmayılova həvalə olunub.
Qeyd edək ki, öz peşəkar iş üslubu ilə seçilən F.İsmayılov 2012-ci ildən “Atəşgah” Sığorta Şirkətində müxtəlif vəzifələr -daxili auditor, Biznesə dəstək şöbəsinin müdiri, son 6 ildə isə “Atəşgah” Sığorta Şirkətinin İdarə Heyətinin Sədr müavini vəzifəsini tutmuşdur. O, Peşəkar fəaliyyəti dövründə vəzifələrini layiqincə yerinə yetirmiş, ”Atəşgah” Sığorta Şirkətinin nailiyyətlərinə əhəmiyyətli qatqıları olmuşdur.
F.İsmayılov “Atəşgah” Sığorta Şirkətindən dövlət qulluğuna dəvət olunması ilə əlaqədar 14.01.2022-ci il tarixində öz istəyi ilə vəzifəsindən ayrılıb. (report)
FED.az komandası adından Fuad müəllimə yeni işində uğurlar arzulayırıq!