Reklam sahəsində suni intellekt tətbiq olunacaq.
"ADRA-nın layihəsi əsasında qəbul olunmuş yeni qərar Bakının reklam simasına gözəllik gətirəcək"
FED.az xəbər verir ki, xəbər verir ki, bu barədə ADRA-nın Aparat rəhbəri Nahid Qasımov Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunan tədbirdə deyib.
Onun sözlərinə görə, 2023-cü il ərzində ADRA rüsum və yayım haqlarının yığımından yüksək nəticələr əldə etmişdir. "Heydər Əliyev" ili çərçivəsində Azərbaycan Dövlət Reklam Agentliyi tərəfindən ölkə ərazisində müvafiq poster və bannerlərin yerləşdirilməsi, rəqəmli bilbordlarda və monitorlarda ulu öndərin həyatına aid olan görüntü və fotoların yayımı həyata keçirilib.
Nahid Qasımov bildirib ki, ölkədə reklam sistemində ADRA bir ilkə imza atacaq. Reklam sahəsində suni intellekt tətbiq olunacaq.
Suni intellekt tətbiqi sayəsində reklamların ölçüsü, reklamın sahəsi, dövlət rüsumu, yayım haqqı, qeydiyyat rüsumunun olub olmaması barədə məlumatlar, eləcə də digər zəruri məlumatlar avtomatlaşdırılmış şəkildə müəyyən olunacaq. Bu toplanan məlumatlar isə yeni yaradılacaq "Reklam Məlumat Mərkəzi"nə ötürüləcək. Sözügedən sistemdə məlumatlarda olan uyğunsuzluqlar müəyyən olunacaq və dərhal aradan qaldırılacaq. Daha bir yenilik isə "Reklama İntellektual Nəzarət Sistemi"nin yaradılması ilə bağlıdır.
Nahid Qasımov bildirib ki, "Azərbaycanda bütün sahələrdə olduğu kimi reklam sahəsində də inkişaf gedir. Müasir dövrümüzdə müasir texnoloji reklam qurğularına üstünlük verilir. Yaradılacaq bu sistem həmin qurğular üzərində tətbiq ediləcək. Xüsüsilə də müasir monitor qurğularda, aAçıq məkanda yayımı həyata keçirilən video-materialllarda və foto görüntülərində informasiya təhlükəsizliyinin qorunmasına xüsusi diqqət ediləcək. Yeni sistem informasiya təhlükəsizliyinin təmin olunması baxımında xüsusi rol oynayacaq.
Aparat rəhbəri regionlarda da reklam simasının yenilənəcəyini bildirib.