İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən nəqliyyat vasitələrində reklam yerləşdirən sahibkarların, müəssisə və təşkilatların maarifləndirilməsi məqsədilə seminar keçirilib.
Eləcə də bax: Azərbaycanda reklamçılar nə qədər qazanır – MAAŞLAR AÇIQLANDI
FED.az xəbər verir ki, tədbir iştirakçıları Baş Dövlət Yol Polisi İdarəsi, “Azərbaycan Hava Yolları” QSC, “Bakı Metropoliteni” QSC və Bakı Nəqliyyat Agentliyinin nümayəndələri tərəfindən aidiyyəti üzrə reklam qanunvericiliyinin tələbləri barədə məlumatlandırılıblar.
Seminarda nəqliyyat vasitələrində reklam yerləşdirən sahibkarların hüquq və öhdəlikləri, haqsız rəqabət və reklam qanunvericiliklərinin tələbləri, eləcə də bu sahədə görülmüş işlər barədə ətraflı məlumat verilib, təkliflər dinlənilib və tədbir iştirakçılarının sualları cavablandırılıb.