“Xiaomi 12 Ultra” flaqman smartfonunun yeni nəsli qeyri-adi dizayna sahib olacaq.
FED.az biznes və maliyyə xəbərləri portalı Qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə “LetsGoDigital” məlumat yayıb.
Eləcə də bax: “Xiaomi” yeni smartfon təqdim edib – QİYMƏTİ $226
Ən diqqət çəkən hissəsi onun kamera modulu olacaq. O, nəhəng bərk temperli şüşə panellə örtüləcək.
Əsas kamera mərkəzdə və solda, periskop kamerası isə aşağıda yerləşəcək.
Dairənin yuxarı hissəsində dördüncü kamera var, bu da telefoto sensoru ola bilər.
Qalan kəsiklər LED fənəri, ətraf işığı sensoru və avtofokus üçün olacaq.
Bu modelin Çin şirkətinin təsnifatında texniki cəhətdən ən inkişaf etmiş smartfon olacağı gözlənilir.
“Xiaomi 12 Ultra” 2021-ci ilin dekabrında təqdim ediləcəyi gözlənilən “Xiaomi 12”nin təkmilləşdirilmiş versiyası olacaq.