ABŞ-nin “Meta” korporasiyasının rəhbəri Mark Zukerberqin yeni yaratdığı “Threads” sosial şəbəkəsinin istifadəçilərinin sayı durmadan artır.
“Twitter”in analoqu “Threads” proqramı - İŞƏ DÜŞDÜ
FED.az biznes və maliyyə xəbərləri portalı “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu gün istifadəyə verilən mobil tətbiqdə 7 saat ərzində 10 000 000-dan çox insan qeydiyyatdan keçib.
Bu barədə Zukerberq sözügedən platformadakı hesabında bildirib.
Qeyd edək ki, “Threads” instaqramın bazasında çalışır və tviterin analoqu hesab olunur.