"Twitter"də redaktə etmək funksiyasından hamı istifadə edə biləcək.
Eləcə də bax: İlon Mask «Twitter»də istirahət günlərini ləğv edir – BU GÜNDƏN İXTİSAR BAŞLAYIR
FED.az xəbər verir ki, hər hansısa "tweet"i paylaşmış şəxs sözügedən funksiya vasitəsilə paylaşılmış "tweet"i redaktə edə bilər. Lakin sözügedən funksiya "TwitterBlue" adlı aylıq abunəlikdən istifadə edənlər üçün anons edilmişdi. Yəni tweet-lərin redaktə edilməsi funksiyasından adi "Twitter" istifadəçiləri istifadə edə bilməyəcəkdilər. Lakin yaxın zamanda bu vəziyyət dəyişə bilər.
"Tweet"lərin redaktə edilməsi funksiyası bütün istifadəçilər üçün aktiv olacaq. Bu qərarı "Twitter"-in yeni sahibi olan İlon Mask açıqlayıb. (Trend)