Hər ay ən çox yüklənən, gəlir gətirən tətbiqləri açıqlayan SensorTower bu ayın statistikalarını təqdim edib.
Eləcə də bax: Azərbaycanda Instagram Istifadəçilərinin Sayı 3.7 Milyonu Keçdi – STATİSTİKA
FED.az xəbər verir ki, göstəricilərə görə, hər zaman ən çox yüklənən tətbiq olan TikTok liderliyi WhatsApp platformasına verib. Noyabr ayı ərzində WhatsApp 60 milyona yaxın yüklənib. Onların 30%-i Hindistan, 10%-i isə Nigeriyadan olub.
Siyahıda ikinci yerdə TikTok qərarlaşıb.
Sözügedən platformanı ardıcıl olaraq Feysbuk, Weather& Radar USA, İnstaqram, Zoom, Snapchat, Messenger, Telegram, SnackVideo təqib edib. (TED)