Sosial şəbəkələrin artım tempi 2020-ci il də davam etdi. Azərbaycanda Instagram bu artım qrafikində xüsusilə seçildi.
FED.az xəbər verir ki, hazırda Azərbaycanda 3.7 milyondan çox aktiv Instagram istifadəçisi var.
Eləcə də bax: "İnstaqram" mesajları "Feysbuk" Messenger ilə birləşdirilir
Uzun illər Azərbaycanda ən populyar sosial şəbəkə Facebook olub. 2016-cı ilin Oktyabr ayında Azərbaycanda Instagram istifadəçilərinin sayı 1 milyonu keçdi.
2017-ci ilin Fevral ayında isə ilk dəfə Instagram Azərbaycanda aktiv istifadəçi sayına görə Facebooku keçdi.
2016-cı ilin ortasından sonunadək olan qısa müddətdə Facebook və Instagram istifadəçilərinin artım tempini aşağıdakı infqrafikada görə bilərsiniz:
Hazırda Instagram-da olan aktiv istifadə sayı Facebook-la müqayisədə iki dəfədən də çoxdur. Facebook platformasının verdiyi göstəricilərə əsasən deyə bilərik ki, 2020-ci ilin Dekabr ayında Azərbaycanda 3.7 milyon aktiv Instagram istifadəçisi, 1.5 milyon Facebook istifadəçisi var.
Çox maraqlıdır, açığı cəmi 3 il ərzində bu dərəcə fərq yaranacağını proqnoz edə bilməzdim. Amma görünür, həm Instagramın təklif etdiyi funksionallıq, həm də influenserlərimizin (məşhur, izləyicisi çox olan şəxslərin) Instagrama daha çox vaxt ayırması ölkə istifadəçilərinin bu platformaya yönəlməsinə səbəb oldu.
Instagram istifadəçilərinin əksəriyyətini gənc nəsil, Facebook istifadəçilərinin böyük hissəsini isə daha çox orta və yaşlı nəsil təşkil edir. Instagram-da 13-35 yaş aralığında olan istifadəçi sayı 2.86 milyon nəfərdir ki, bu da ümumi istifadəçilərin 76%-ni təşkil edir. Facebook-da isə 13-35 yaş arası istifadəçilərin sayı 850 min nəfərdir ki, bu da ümumi istifadəçilərin 56%-ni təşkil edir.