“Biz innovasiyaları yaradacaq ekosistemlər üzərində işləyirik”.
FED.az xəbər verir ki, bunu bu gün Bakıda keçirilən “InMerge Innovation Summit”ində çıxışı zamanı Azərbaycan Prezidentinin köməkçisi Şahmar Mövsümov deyib.
O bildirib ki, əsas məram şəxaləndirilmiş iqtisadiyyata keçidin təmin edilməsidir. Azərbaycan bu baxımdan innovasiyaların genişlənməsinə imkanlar yaradır.
“Son bir ildə Azərbaycanda startapların sayı 3 dəfə artıb. Bu da sahibkarlığın inkişafına yönəlib” - Şahmar Mövsümov əlavə edib. (Apa)