Yaxın zamanda "SİMAPay" istifadəyə veriləcək.
7-dək Azərbaycan bankının “SİMA imza” sisteminə qoşulması üzrə işlər aparılır
FED.az xəbər verir ki, bunu “AzInTelecom” MMC-nin məhsul və xidmətlər şöbəsinin müdiri Tamerlan Məşədihəsənli Bakıda keçirilən “Dayanıqlı Mikromaliyyə üçün İnnovativ Həllər” mövzusuna həsr edilmiş Mikromaliyyə konfransında bildirib.
Qeyd edək ki, hal-hazırda binaların girişlərində istifadə olunması üçün “SİMA Access” sisteminin tətbiqi üzrə işlər də aparılır.
Belə ki, binaların girişlərində istifadə üçün SİMA Access sisteminin tətbiqi üzrə işlər aparılır. Testlər müsbət nəticələnərsə, gələn ildən “SİMA Access”in yerli bazarda satışına başlayacağıq. (Trend)