Hazırda 6-7 Azərbaycan bankının “SİMA İmza” sisteminə qoşulması üzərində işlər aparılır.
Azərbaycanda dəmir yollarında üztanıma ilə ödənişlərə başlanılacaq
FED.az xəbər verir ki, bunu “AzInTelecom” MMC-nin məhsul və xidmətlər şöbəsinin müdiri Tamerlan Məşədihəsənli Bakıda keçirilən “Dayanıqlı Mikromaliyyə üçün İnnovativ Həllər” mövzusuna həsr edilmiş Mikromaliyyə konfransında bildirib.
“Hazırda “SİMA İmza” sisteminə təxminən 10 bank qoşulub. Paralel olaraq, daha 6-7 bankın qoşulması üzərində işlər gedir. Vətəndaşlar üçün bu həllin istifadəsi pulsuzdur. Vətəndaşlar heç bir ödəniş etməyəcəklər. Banklarla isə bu məsələ tərəfdaşlıq çərçivəsində tənzimlənəcək”, - o bildirib.
Onun sözlərinə görə, bu sistemə qoşulan bankların sayının az olması ödənişlərlə deyil, rəqəmsallaşma prosesi ilə bağlıdır.
“Azərbaycanda banklar və kredit təşkilatları rəqəmsallaşmaya ehtiyac duyurlar. Onlar rəqəmsallaşmalıdırlar ki, SİMA sisteminə inteqrasiya oluna bilsinlər”, - o vurğulayıb". (Trend)