Cənubi Koreyanın texnologiya nəhəngi "Samsung", ABŞ-ın elektrikli avtomobil istehsalçısı "Tesla" ilə uzunmüddətli mikroelektronika istehsalı müqaviləsi imzalayıb.
Tarixdə ilk dəfə: Avtomobillər zavoddan birbaşa alıcının evinə getməyə başladı
FED.az xəbər verir ki, “Bloomberg”in verdiyi məlumata görə, müqavilənin ümumi dəyəri 16,5 milyard dollar təşkil edir və 2033-cü ilin sonuna qədər qüvvədə olacaq.
Agentliyin qeyd etdiyi kimi, bu müqavilə "Samsung"un son dövrlərdə mikroçip istehsalı sahəsində bazar payını itirdiyi bir dövrdə əldə olunub. Hal-hazırda mikroçip bazarında lider olan Tayvan şirkəti "TSMC", məhsullarına olan yüksək qlobal tələbat səbəbilə bəzi sifarişləri vaxtında yerinə yetirməkdə çətinlik çəkir. Bu isə "Samsung" üçün yeni sifarişlər və bazar imkanları yaradır.
Məlumata görə, hər iki nəhəng istehsalçı – "Samsung" və "TSMC" – yaxın illərdə 2 nanometrlik çiplərin istehsalına keçməyi planlaşdırır ki, bu da texnologiya sahəsində yeni mərhələ olacaq. Bu kontekstdə "Tesla" ilə bağlanan müqavilə "Samsung"un istehsal gücünü tam yükləməsinə və rəqabətdə mövqeyini möhkəmləndirməsinə şərait yaradacaq. (Trend)