Dünyanın avtomobil sənayesində indiyədək görünməyən tarixi hadisə baş verib.
Yeni «Toyota Camry» təqdim edildi – CƏMİ 5 LİTR İŞLƏDİR - FOTOLAR
FED.az xəbər verir ki, ilk dəfə olaraq alıcı tərəfindən alınmış avtomobil sürücü olmadan zavoddan birbaşa alıcının evinə gedib.
Bu yeniliyi ilk dəfə «Tesla» şirkəti həyata keçirib, şirkətin istehsal etdiyi «Tesla Model Y» avtomobili avtonom olaraq zavoddan birbaşa alıcının evinə gedib.
27 iyun 2025-ci ildə «Tesla» şirkəti taricxi nailiyyətə imza atıb – şirkətin Texasdakı «Gigafactory» zavodunda istehsal edilmiş «Model Y» avtomobili ilk dəfə olaraq birbaşa alıcının Ostin şəhərindəki evinə gedib. Şirkətin yaydığı məlumata görə, bu zaman avtomobildə sürücü olmayıb və o müsafədən də idarə edilməyib, sadəcə süni intellektin idarəçiliyi ilə verilmiş ünvana çatıb.
Avtomobilin zavolddan müştərinin evinə gedib çıxması təxminən yarım saat çəkib – bu yolda maşın parkinq yerlərini, şosse və şəhəri keçib.
Bu hadisə (maşının müstəqil surətdə alıcının evinə gedib çıxması) «Tesla» avtomobillərində istifadə olunan «Full Self-Driving» (FSD) sisteminin etibarlılığını göstərib. Bu sistem «Tesla»dakı kamera və neyron şəbəkələrindən istifadə edir. Başqa sözlə, yeni «Tesla Model Y» bu tapşırığı insan köməyi olmadan yerinə yetirib.