Azercell beynəlxalq konfransda ESG hesabatını təqdim etdi.
“GSMA M360 Eurasia 2024” konfransının açılışı baş tutdu - FOTOLAR
FED.az xəbər verir ki, “Azercell Telekom” MMC-nin Hüquq, Etika və Komplayens departamentinin baş direktoru Şirin Əliyeva Bakıda keçirilən “GSMA Mobile 360 Eurasia 2024” beynəlxalq konfransında çıxış edib.
"Azərcell-in 27 illik tarixi var. Bu illər ərzində Azercell korporativ mədəniyyəti olduqca inkişaf etdirmişdir. 3 il əvvəl biz bir yola çıxdıq. Bu müddətdə fəaliyyətimiz 4 sütun üzərində qurulub.” - deyə Şirin Əliyeva qeyd edib.
"İlk ESG hesabatımız hazırdır və bizim rəsmi internet səhifəmiz vasitəsilə hər kəs bu hesabatla tanış ola bilər. Hər bir Azercell əməkdaşı korporativ məsuliyyətli vətəndaşdır. Biz Azercell olaraq azad olmuş ərazilərdə alternativ enerji mənbələrinin istifadəsi üçün çalışırıq. Qarabağda 37 yaşıl baza stansiyasını işə salmağı planlaşdırırıq" - deyə Şirin Əliyeva bildirib.
Qeyd edək ki, hazırda Azercell-in azad edilmiş ərazilərdə günəş enerjisi ilə çalışan baza stansiyalarının sayı artıq 15-ə çatır, ümumi ölkə üzrə isə 17-yə.
“Biz yaşıl ofis strategiyasını istifadə edirik, əksər ofislərimizdə Led işıqlar istifadə etməyə, təkrar istehsal olunmuş kağızlar işlətməyə çalışırıq. Tullantıların həcmini 3 dəfə azaltmağa müvəffəq olmuşuq. Biz bu istiqamətdə fəaliyyətmizi davam etdiririk.” - deyə Şirin Əliyeva bildirib.