Vətəndaşların hökumətlə rahat ünsiyyəti üçün bu ilin sonunadək “Mygov” platformasında süni intellekt tətbiq olunacaq.
Azərbaycanda rəqəmsal sənəd dövriyyəsi alt sisteminə 1 000-dən çox şirkət qoşulub
FED.az xəbər verir ki, bunu İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) İdarə Heyətinin sədr müavini Şahin Əliyev “Kağızsız Hökumət: Rəqəmsallaşma və ətraf mühitə təsiri” adlı beynəlxalq tədbirdə deyib.
O deyib ki, vətəndaş artıq suallarını süni intellekt vasitəsilə istər yazılı (mətn formasında) və ya səsli şəkildə hökumətə çatdıra biləcək.
"Bu istiqamətdə işlər aktiv şəkildə davam edir. İlin sonunadək yekunlaşacağı gözlənilir”, - deyə Ş.Əliyev bildirib. (Xəzərxeber)