Hazırda Azərbaycanda rəqəmsal sənəd dövriyyəsi alt sisteminə mindən çox şirkət qoşulub.
“1 milyon vətəndaş digital şəxsiyyət vəsiqəsindən istifadə edəcək”
FED.az xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov "Kağızsız Hökumət: rəqəmsallaşma və ətraf Mühitə Təsiri" tədbirdə deyib.
Onun sözlərinə görə, ay ərzində 500 mindən çox sənəd rəqəmsal emaldan keçir: “Bu isə hər il 2 min ağaca bərabərdir. Bu da bizim ekoloji vəziyyətə verdiyimiz töhfədir. Rəqəmsal sənəd dövriyyəsi çox vacibdir. Rəqəmsal dövriyyə sənədləri təhlükəsizdir və eyni zamanda kağızdan istifadənin azaldır”. (Report)