Azərbaycan şirkətlərində kiberhücumları sürətlə dayandırmaq imkanına malik olmaq üçün hücumların aşkarlanması və təcrid olunması (Endpoint Detection and Response) həllərinin tətbiqi üzrə işlər aparılır.
Azərbaycanda banklar və əhali üçün - Ən Böyük Kiber Təhlükələr Açıqlanıb
FED.az xəbər verir ki, bu barədə "Kaspersky"nin Azərbaycandakı rəsmi nümayəndəsi Müşviq Məmmədov deyib.
Onun sözlərinə görə, bir neçə il bundan əvvəl Kasperski Laboratoriyasının "Kaspersky Security Network" sistemi bir neçə gün ərzində az sayda müxtəlif növ virus qeydə ala bilirdisə, artıq hər gün 400 minə yaxın yeni təhdid qeydə alınır.
""Kaspersky"nin Azərbaycandakı nümayəndəliyi istər ev istifadəçiləri olsun, istərsə də korporativ və dövlət istifadəçiləri olsun, bazarın bütün iştirakçıları ilə əməkdaşlıq edir. Son bir neçə il ərzində biz Azərbaycanda məhsul və həllərimizin xəttini genişləndirmişik. Bugünkü reallıq analoji, daha mürəkkəb hücumların öhdəsindən gələ biləcək daha mürəkkəb həllər tələb edir. Vurğulamaq istəyirəm ki, bir neçə il bundan əvvəl bizim "Kaspersky Security Network" sistemimiz bir neçə gün ərzində bir sıra müxtəlif növ virus qeydə alıb, lakin hazırda biz hər gün 400 minə yaxın yeni təhdid qeydə alırıq. Paralel olaraq bu hücumlara qarşı müqavimət prosesi də daha da mürəkkəbləşib və "iş masası"nın mühafizəsi üzrə adi həllərlə onlardan qorunmaq mümkün deyil. Həmçinin "Kaspersky" aktiv olaraq hücumların aşkarlanması və təcrid olunması üzrə həlləri tətbiq etməkdədir. Azərbaycan şirkətlərində biz hücumu tez dayandıra bilmək üçün bu həllərin tətbiqi üzrə iş aparırıq. Həmçinin bank sistemi ilə təkcə onun infrastrukturunun müdafiəsi üzrə deyil, həm də istifadəçi hesablarının qırılmasına yönəlmiş fırıldaçı hərəkətlərinə qarşı, mobil və onlayn bankinqin müdafiəsi istiqamətində çalışırıq", - o əlavə edib.
Qeyd edək ki, "Kasperski Laboratoriyası" səhmdar cəmiyyətinin Bakı ofisi fəaliyyətinə 2015-ci ilin əvvəlindən başlayıb. "Kasperski Laboratoriyası" kompyuter virusları, spam, haker hücumları və digər kibertəhdidlərə qarşı müdafiə sisteminin hazırlanması üzrə ixtisaslaşmış beynəlxalq şirkətdir. Şirkət demək olar ki, dünyanın bütün ölkələrində fəaliyyət göstərir. (Trend)