Hazırda Banklar üçün ən ciddi kiber təhlükələr, Bank müştərilərinin aldadılması, kiber dələduzların müxtəlif vasitələrdən istifadə etməklə vətəndaşların kart məlumatlarının mənimsənilməsi cəhdləridir.
«Alış-veriş zamanı debet və kredit kartlarına üstünlük verin» – MÜSAHİBƏ
FED.az xəbər verir ki, bu barədə Azərbaycan Banklar Assosiasiyasının (ABA) nəzdində fəaliyyət göstərən “İT və İT Təhlükəsizlik üzrə Ekspert Qrupu”nun üzvü, rəqəmsal transformasiya və kibertəhlükəsizlik üzrə mütəxəssis İlqar Əliyev bildirib.
Onun sözlərinə görə, Bank mümkün qədər öz infrastrukturuna, tətbiqlərinə olan kiber-hücumlara qarşı mühafizə tədbirlərini təşkil edir, amma müştəriyə yönəlik seçimlər çox deyildir. Bu Bankla əlaqədə olan hər bir müştərinin davranışlarından asılıdır.
Bu gün virtual fırıldaqçılar texnologiyaların verdiyi imkanlardan istifadə etməklə, sosial şəbəkələr, SMS, ismarıc proqramları vasitəsilə qurban hesab etdikləri insanların aldadılması ssenarilərini fikirləşib, reallaşdırmağa çalışırlar.
Əsas həssas təbəqə olan təqaüdçülər, maliyyə və rəqəmsal savadlılığı, təcrübəsi az olan gənclər bu elektron tələlərə düşürlər və aldanırlar.
Digər təhlükə mobil və internet bankçılıq sistemlərinə hücum cəhdləridir ki, Banklar bu tətbiqlərə müxtəlif texnki-proqram nəzarətləri tətbiq etməklə sistemlərini mühafizə edirlər.
Başqa bir hücum növü şifrəliyicilər vasitəsilə hücumlardır ki, müvafiq erkən xəbərdarlıq, antivirus sistemləri, təhlükələri aşkar edən və önləyən sistemlərlə Banklar bu həmlələrin qarşısını kəsməyə çalışırlar.