Kasperski əməkhaqqı və pensiya kartları sahiblərinə onlardan onlayn ödənişlərdə istifadəni tövsiyə etmir.
FED.az xəbər verir ki, bu barədə Kasperski-nin Azərbaycandakı rəsmi nümayəndəsi Müşviq Məmmədov deyib.
Bank kartını dələduzlardan necə qorumaq olar? - "Bank Respublika"dan 12 TÖVSİYƏ - VİDEO
Onun sözlərinə görə, şirkət istər fiziki, istərsə də rəqəmsal olsun, ayrıca bank kartı açmağı və rəqəmsal mühitdə ödənişlər zamanı ondan istifadəni tövsiyə edir.
"Pandemiya dövründə Azərbaycan əhalisinin rəqəmsal ödənişlərə qəfil keçidi baş verdi. Bank kartlarını ilk dəfə istifadə edən bir çox istifadəçi bu prosesə yetərincə hazır deyildi və bununla əlaqədar olaraq müxtəlif problemlərlə qarşılaşdı. Birmənalı olaraq bank kartlarının istifadəçilərinin sayı artdı, lakin həmin dövrdə məlumatlılıq yetərincə qənaətbəxş deyildi. "Kaspersky" əməkhaqqı və pensiya kartları sahiblərinə onlardan onlayn ödənişlərdə istifadəni tövsiyə etmir. İstər fiziki, istərsə də rəqəmsal olsun, ayrıca bank kartı açmağı və rəqəmsal mühitdə ödənişlər zamanı ondan istifadəni tövsiyə edirik. Bu, həmin kartın məlumatları itirilikdə pul vəsaitlərinin itmə riskini minimallaşdırmağa imkan verəcək. Biz Kasperski Laboratoriyası olaraq bütün tədbirlərimizdə həm əhalini, həm də biznes subyektlərini kart məlumatlarının itməsi hallarının qarşısının alınması və pul vəsaitlərinin qorunub saxlanması üçün atılmalı sadə addımlar haqqında məlumatlandırırıq", - deyə o qeyd edib.
M.Məmmədov, həmçinin bank kartındakı vəsaitin də nağd vəsaitlə eyni olduğunu, sadəcə başqa formada olduğunu unutmamaq lazım olduğunu bildirib.
"İnsanların rəqəmsal pullara qarşı psixologiyası daha az məsuliyyətli formalaşıb, ehtiyatlı olmaq, kartı buraxan bankın əlavə təhlükəsizlik xidmətlərini aktivləşdirmək lazımdır", - deyə o əlavə edib. (Trend)