FED.az "Bank Respublika"ya istinadən bank kartları ilə təhlükəsiz davranış üçün tövsiyaləri təqdim edir.
Dələduzluq hallarından qorumanız üçün aşağıdakı təhlükəsizlik qaydalarına riayət etmək lazımdır:
- Kartınızın PİN-kodunu, CVV-kodunu, 3D-Secure şifrəsini heç kimə bildirməyin!
- Daxil etdiyiniz PIN-kodu ikinci tərəfin görməsinə yol verməyin. Sizin əvəzinizə əməliyyat aparmağı kənar şəxslərə həvalə etməyin;
- Heç vaxt PİN-kodunuzu kartın üzərində yazmayın;
- Kartınızın həm ön, həm də arxa tərəfinin şəklini heç kəslə bölüşməyin;
- Şübhəli pul köçürmələri təkliflərindən imtina edin;
- Naməlum internet səhifələrində əməliyyatlar aparmaqdan çəkinin;
- İnternetdə əməliyyat apararkən əmək haqqı və ya iri məbləğlər saxladığınız kartlardan istifadə tövsiyyə olunmur;
- Bankomatdan istifadə edərkən kartı bankomata daxil edilən hissəsinə diqqət yetirin. Orada heç bir əlavə qurğu və ya alət olmamalıdır;
- POS-terminal vasitəsilə ödəniş etdikdə, çekin surətini ən azı məbləğin kart hesabından düzgün silindiyinə əmin olana qədər özünüzdə saxlayın;
- Dələduzluq əməliyyatlarını minimuma endirmək üçün pul vəsaitlərinin çıxarılmasına gündəlik limit müəyyən edin;
- Dələduzluq əməliyyatlarının aparıldığına dair şübhəniz olduqda dərhal kartınızı blok edib, bu haqda banka bildirin;
- Kart hesabınızın idarə olunması və nəzarətin həyata keçirilməsi üçün Bankın SMS məlumatlandırma və İnternet/Mobile Bankinq xidmətindən istifadə edin.