Alıcılarına geniş çeşid təklif edən və smartfon, elektronika, məişət texnikası üzrə ixtisaslaşan Azərbaycanda tanınmış İrşad mağazalar şəbəkəsi ölkənin regionlarında genişlənməkdə davam edir.
Eləcə də bax: İrşaddan "Gözəlliyə rahat hədiyyə" - XANIMLARA MÜJDƏ
İrşad bu gün artıq sayca 37-ci olan Xaçmaz mağazasını alıcılarının istifadəsinə verir. Mağaza rayonun Nəriman Nərimanov küçəsi 58B ünvanında yerləşir. 400 kv. metr sahəni əhatə edən mağaza yeni interyer üslubda dizayn edilib. Müştərilərin rahatlığını təmin etmək üçün və keyfiyyətli xidmət göstərmək məqsədilə mağaza bütün lazımı avadanlıqlar və peşəkar satış, xidmət heyəti ilə təchiz edilib. Yeri gəlmişkən İrşad regionların inkişafına töhfə vermək üçün və işsizliyin azaldılması məqsədilə mağazalarda yalnız həmin regionlardan olan işaxtaranları işlə təmin edir.
Regiona gəlişini sakinlər üçün bayrama çevirmək niyyətində olan İrşad, Xaçmaz mağazasının açılışı münasibəti ilə cəlbedici və stimullaşdırıcı kampaniya və aksiyalara start verib. 12 martdan 21 martadək müddəti əhatə edəcək açılış kampaniyasında Xaçmaz sakinlərinə smartfonlar və notbuklar 12 aya, məişət texnikası və TV-lər isə 18 aya ilkin ödənişsiz və faizsiz kreditlə təklif edilir. Üstəgəl nəğd və taksitli alış zamanı Xaçmazlılara 30%-dək endirimlər də əlçatandır. Müştərilər hazırda bütün mağazalarda davam edən Şad+ stimullaşdırıcı aksiyasından da yararlana bilərlər.
İrşad 2019-cu ildən başlayaraq xidmət şəbəkəsini genişləndirməklə yanaşı mağazaların interyer dizaynlarını da müasir standartlara uyğun yeniləyir. Təkcə son bir ay ərzində şirkət özünün yeni üslubda olan Tovuz, Şəmkir və Mingəçevir mağazalarını da artıq müştərilərin istifadəsinə təqdim edib. Həyata keçirilən işlərin məqsədi müştərilərə göstərilən xidmət keyfiyyətinin səviyyəsini qaldırmaq və məhsulları sərfəli şərtlərlə daha əlçatan etməkdir.
İrşad müştəriləri növbəti aylar ərzində Ağcabədi, İmişli, Sabirabad, Cəlilabad rayonlarında da öz sevimli mağazalarını qarşılayacaqlar. Həmin mağazalarda təmir-bərpa işləri tam sürətlə davam edir və tamamlanmaq üzərədir. Hazırda, Azərbaycanda 37 mağaza və təmir xidmət mərkəzi fəaliyyət göstərir ki, onlardan 21-i Bakıda digərləri isə regionlarda yerləşir.