Mobil telefon, elektronika və məişət texnikası satışı üzrə ən böyük mağaza şəbəkələrindən biri “İrşad” 8 Mart Beynəlxalq Qadınlar günü münasibəti ilə “Gözəlliyə rahat hədiyyə" adlı kampaniyaya başladı.
FED.az xəbər verir ki, xanımların xoş xəbərlər eşitməsi diləyi ilə "İrşad" smartfonları və notbukları 12 aylıq, onların işləri hər zaman rahat olsun deyə məişət texnikasını və televizorları 18 aylıq ilkin ödənişsiz və faizsiz etdi.
Martın 5-dən 9-dək keçirilən kampaniyada xanımlara hədiyyə almaq istəyən bəylər, nağd, taksit kartları və ya 3 aylıq hissəli alış zamanı seçilmiş məhsullara isə 30%-dək endirim fürsəti də əldə edirsiniz.
Əgər hədiyyə alacağın xanımın nə bəyənəcəyinə qərar verməmisənsə ŞadKart hədiyyə kartı işini rahatlaşdıracaq. 50, 100, 200 və 500 manat dəyərində ŞadKart ilə kart sahibi istədiyi hədiyyəyə sahib olacaq. Gözəlliyə rahat hədiyyə İrşaddan olsun.
Artıq 20 ildir Azərbaycanda fəaliyyət göstərən “İrşad” müştərilərə məhsul çeşidi təklifini və xidmət səviyyəsini artırmaq məqsədilə portfelində olan brendlərin, məhsul modellərinin sayını genişləndirib. Sözü gedən müddət ərzində Rowenta, Lenovo, Tefal, Fakir, Panasonic, BOSCH kimi dünyaca məşhur brendlər şirkətlə əməkdaşlığa başlayıb. Şirkət həmçinin Samsung və Xiaomi brendlərinin Azərbaycanda rəsmi, HONOR brendinin isə eksklüziv distribüteridir.